Türkiyədə İŞİD-ə qarşı əməliyyatda silahlı toqquşma: 7 polis yaralanıb, 5 nəfər saxlanılıb

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç respublikanın şimal-qərbində yerləşən Yalova şəhərində İŞİD terror qruplaşmasının silahlıları ilə polis arasında baş verən atışmadan sonra beş nəfərin saxlanıldığını bildirib.

Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

"Yalova vilayətində İŞİD-ə qarşı keçirilən əməliyyatla bağlı cinayət işi başlanıb, istintaqın aparılması üçün beş prokuror təyin edilib. Beş şübhəli şəxs barəsində həbs-qətimkan tədbiri seçilib", - nazir bildirib.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bundan əvvəl Yalovada ekstremistlərlə baş verən atışma nəticəsində üç polis əməkdaşının həlak olduğunu, səkkizinin isə yaralandığını bildirmişdi. Altı terrorçu zərərsizləşdirilib, onların hamısı Türkiyə vətəndaşı olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31