Dövlət mükafatlarından məhrum edildikdən sonra Atambayev müntəzəm olaraq vergi ödəyəcək- ÖZƏL

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev "Qırğızıstan Qəhrəmanı" adına və digər yüksək dövlət mükafatlarına görə əldə etdiyi bütün imtiyazlardan məhrum edilib. Olaylar.az xəbər verir ki, indi o, vergi və torpaq haqqını adi qaydada ödəyəcək, dövlət tərəfindən pulsuz sağlamlıq və idman komplekslərindən istifadə edə bilməyəcək, sosial yardım və xüsusi pensiyalardan məhrum olacaq.
Prezident Sadır Caparov 29 dekabr 2025-ci il tarixində məhkəmə qərarına əsasən Atambayevi "Qırğızıstan Qəhrəmanı", "Manas" II dərəcə ordeni, "Danaker" ordeni və "Dank" medalı ilə bağlı bütün üstünlüklərdən məhrum edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31