Rusiya dəniz təlimləri yanvarın əvvəlində Cənubi Afrika sahillərində keçiriləcək- ÖZƏL

Rusiya, Çin və Cənubi Afrika Respublikası (CAR) Silahlı Qüvvələrinin birgə dəniz təlimləri- Mosi-3  2026-cı ilin yanvar ayının əvvəlində Cənubi Atlantika akvatoriyasında, İran Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə keçiriləcək. Olaylar.az xəbər verir ki, bu barədə "News24" portalı məlumat yayıb.
Məlumata görə, təlimlərin 6-9 yanvar tarixlərində, Keyptaun yaxınlığındakı Ümid burnu sahillərində təşkil olunması planlaşdırılır. Bildirilir ki, hərbi manevrlarda İranın döyüş gəmiləri ilk dəfə iştirak edəcək. Gəmilərin artıq açıq dənizdə olduğu və yaxın günlərdə Keyptaun limanına daxil olacağı qeyd edilir.
Təlimlər Çinin operativ rəhbərliyi altında həyata keçirilir. Portal yazır ki, manevrlərin yekun mərhələsinə İndoneziya və Efiopiya hərbi gəmilərinin də qoşulması mümkündür.
Qeyd edək ki, Mosi-3 təlimləri əvvəlcə bu ilin noyabr ayında CAR, Rusiya və Çin iştirakçılığı ilə keçirilməli idi. Lakin noyabrın sonunda Yohannesburqda təşkil olunan G20 sammitinə görə tarixlər təxirə salınmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31