Roma Papası Ukraynaya yardım göndərib

Papa XIV Lev Ukraynaya 3 maşın humanitar göndərib.

Olaylar.az xəbər verir ki, məlumatı Vatican News yayıb.

Bildirilir ki, yük mülki əhali üçün 100.000 porsiya hazır şorbadan ibarətdir. Müqəddəs Taxt-tacın Milad humanitar təşəbbüslərinə həsr olunmuş məqalədə bildirilir ki, yardım döyüşlərdən və elektrik enerjisi, su və istilik təchizatında fasilələrdən ən çox təsirlənən bölgələr üçün nəzərdə tutulub.

Vatikan qeyd edir ki, bu təşəbbüs müharibədən və köçkünlükdən əziyyət çəkən insanlara dəstək olmaq üçün daha geniş səylərin bir hissəsidir. Müxtəlif dadlı hazır şorba daşıyan üç yük maşını Miladdan əvvəl Vatikana gəlib. Məhsullar Müqəddəs Taxt-tacın humanitar layihələrini dəfələrlə dəstəkləyən Koreya şirkəti tərəfindən təmin edilib.

Papa bu yardımı Ukraynaya, xüsusən də insanların əsas yaşayış şəraitindən məhrum olduğu aktiv müharibə zonalarındakı icmalara bağışlamaq qərarına gəlib: "Papa təkcə sülh üçün dua etmir, həm də əziyyət çəkən ailələrə yaxın olmağa çalışır". (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31