“Amerikalı muzdluların Ukraynada ölməsi təəssüf doğurur”- ÖZƏL

ABŞ Prezidenti Donald Tramp Ukraynada döyüşən amerikalı muzdluların həlak olmasına münasibət bildirib. Olaylar.az xəbər verir ki, o,  bu barədə Mar-a-Laqoda Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında danışıb.
Tramp həlak olan muzdluların taleyindən təəssüfləndiyini vurğulayıb:
"Çox təəssüf ki, onlar başqa bir ölkədə - yad torpaqda həlak oldular. Belə bir hadisənin baş verməsi kədər doğurur", - deyə ABŞ lideri bildirib.
Bundan əvvəl, dekabrın 28-də Tramp Ukraynada münaqişənin tənzimlənməsi prosesinin artıq yekun mərhələyə daxil olduğunu bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31