Polşa həyəcan siqnalı verdi: döyüş təyyarələri havaya qaldırıldı
11:05 DünyaUkraynaya qarşı gecə saatlarında həyata keçirilən hücumlar fonunda Polşa hakimiyyəti döyüş təyyarələrini havaya qaldırıb.
Olaylar.az xəbər verir ki, Təhlükəsizlik tədbirləri çərçivəsində ölkənin şərqində yerləşən Jeşuv hava limanı və Lyublin hava limanı müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Məlumata görə, hava məkanında təhlükəsizliyin təmin edilməsi məqsədilə uçuşlara məhdudiyyət tətbiq olunub və vəziyyət nəzarət altına alındıqdan sonra hava limanlarının fəaliyyəti bərpa edilib.
Xüsusilə vurğulanır ki, Jeşuv hava limanı Ukrayna üçün mühüm logistik mərkəz hesab olunur. Bu hava limanı vasitəsilə Ukraynaya hərbi, humanitar və digər növ yardımların çatdırılması həyata keçirilir.
Rəsmi Varşava regionda vəziyyətin gərginləşməsi riskinə qarşı monitorinqin gücləndirildiyini bildirib. (Musavat.com)