Tramp Putinlə yaxın vaxtlarda danışmağı planlaşdırdığını açıqlayıb
10:12 DünyaABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə danışmağı planlaşdırdığını bildirib.
Olaylar.az xəbər verir ki, bu barədə Donald Tramp "Politico" nəşrinə müsahibəsində danışıb.
Amerika lideri söhbətin dəqiq vaxtını açıqlamayıb və Putinlə istədiyi zaman əlaqə saxlayacağını vurğulayıb.
Donald Tramp, həmçinin bazar günü Ukrayna Prezidenti Volodimir Zelenski ilə məhsuldar görüş gözlədiyini qeyd edib.
"Mən düşünürəm ki, Zelenski ilə hər şey yaxşı olacaq. Məncə, Putinlə də hər şey yaxşı olacaq", - deyə Ağ Evin rəhbəri bildirib.
Rusiya-Ukrayna müharibəsinə son qoyulması perspektivlərinə toxunan Tramp "Politico"nun yazdığına görə, Zelenskinin təkliflərinə soyuqqanlı münasibət sərgiləyib: "Mən təsdiqləməyənə qədər onun heç nəyi olmayacaq. Gəlin görək onun nələri var".