Ryabkov: Süni müddətlər Ukraynada nizamlanmaya nail olmağa kömək etməyəcək - ÖZƏL

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov "Rossiya 1" telekanalında bildirib ki, böhranın kök səbəbləri aradan qaldırılana qədər Ukrayna münaqişəsinin həlli üçün vaxt təyin etmək mənasızdır.

Olaylar.az onun sözlərini sitat gətirir: "Biz sadəcə qarşımızdakı təqvim səhifələrinə baxıb tarixləri təyin etməkdənsə, məsələnin mahiyyətinə diqqət yetirməliyik" .

Ryabkov qeyd edib ki, Ukrayna münaqişəsinin kökündə duran "problemlərin düzgün həlli" olmadan yekun razılaşmaya nail olmaq mümkün deyil. O əlavə edib ki, "heç bir süni son tarix" Ukraynada nizamlanmaya nail olmaq üçün davam edən işə kömək etməyəcək.

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Amerikanın Fox News televiziya kanalına verdiyi müsahibədə Ukraynadakı münaqişəyə son qoyulacağı təqdirdə, bunun növbəti 90 gün ərzində baş verəcəyi fikrini bildirmişdi.

Onun sözlərinə görə, münaqişələrin həlli ilə bağlı mübahisəli məsələlər ərazilərin müzakirəsinə qədər uzanır.

Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov Ukrayna münaqişəsinin həlli üçün ictimaiyyətə açıqlanmanın tələb olunmayacağı qənaətində olduğunu bildirib.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31