Abbas Əraqçı erməni icması ilə görüşdü -kilsəsini ziyarət etdi
19:40 Dünyaİranın xarici işlər naziri Abbas Əraqçı Yeni il münasibətilə İsfahan şəhərinin Culfa bölgəsində yerləşən Vank kilsəsini ziyarət edib.
Olaylar.az xəbər verir ki, bu barədə məlumat Abbas Əraqçının "Telegram" kanalında paylaşılıb.
Nazir səfər çərçivəsində erməni yepiskopu, Erməni Ruhaniləri Şurasının üzvləri və yerli erməni ailələri ilə görüş keçirib. Abbas Əraqçı arxiyepiskop Ardavazd Şavianı salamlayaraq İranın xristian icmasını Milad bayramı münasibətilə təbrik edib.
Görüş zamanı Əraqçı bildirib ki, İran cəmiyyəti dini, etnik və dil müxtəlifliyinə baxmayaraq, ölkənin inkişafı və sabitliyi naminə birlik və həmrəylik nümayiş etdirir.
Səfər çərçivəsində xarici işlər naziri 400 ildən artıq tarixi olan Vank kilsəsini və ona bağlı muzeyi də gəzib, İrandakı erməni icmasının mədəni və tarixi irsi ilə yaxından tanış olub.