Çin dünyanı SİLKƏLƏDİ: Dəhşətli raketi SINAQDAN ÇIXARDI

Çin hərbi texnologiyalar sahəsində növbəti mühüm addım ataraq DF-27A hipersəs raketini sınaqdan keçirib.

Olaylar.az xəbər verir ki, raketin maksimum uçuş məsafəsi 8 min kilometrə çatır və sürəti 8.6 Maxa bərabərdir.

Sınaq zamanı raket 2100 kilometrlik məsafəni cəmi 12 dəqiqəyə qət edib. DF-27A raketinin inkişaf etdirilməsində əsas məqsəd Çin hərbi qüvvələrinin uzaqmənzilli və sürətli hücum qabiliyyətini artırmaqdır.

Hipersəs raket texnologiyası dünya hərbi gücləri üçün strateji əhəmiyyət kəsb edir, çünki bu cür raketlər müdafiə sistemləri tərəfindən izlənməsi və məhv edilməsi baxımından çətinliklər yaradır. Çin bu sınaqla həm də regional və qlobal hərbi balansda mövqeyini gücləndirməyə çalışır. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31