Çin Tayvana silah satışına görə ABŞ-ın 20 hərbi-sənaye şirkətinə qarşı sanksiyalar tətbiq edib- ÖZƏL
15:04 DünyaÇin hökuməti Tayvana silah satışına cavab olaraq ABŞ-ın 20 hərbi-sənaye şirkətinə qarşı məhdudlaşdırıcı sanksiyalar tətbiq edib. Olaylar.az xəbər verir ki, bu barədə Çin XİN-in cümə günü yaydığı bəyanatda bildirilib.
Bəyanatda qeyd olunur ki, ABŞ-ın son günlərdə Tayvana genişmiqyaslı silah satışı "vahid Çin" prinsipini və iki ölkə arasında imzalanmış üç birgə bəyanatı ciddi şəkildə pozur, Çinin daxili işlərinə kobud müdaxilə hesab olunur və ölkənin suverenliyi ilə ərazi bütövlüyünə zərər vurur.
Məlumata görə, Çin Xalq Respublikasının "xarici sanksiyalara qarşı mübarizə haqqında" qanununa əsasən, ABŞ hərbi-sənaye kompleksi ilə əlaqəsi olan bir sıra şirkətlər və onların rəhbərlərinə qarşı cavab tədbirlərinin tətbiqi barədə qərar qəbul edilib.