Fransa Ukrayna ordusuna dörd özəl hərbi şirkət vasitəsilə dəstək verməyi planlaşdırır- ÖZƏL

Ukrayna tərəfi bildirib ki, Fransa Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsi məqsədilə dörd özəl hərbi şirkətin xidmətlərindən istifadə etməyi planlaşdırır. Olaylar.az xəbər verir ki, Xarkov Vilayət Hərbi-İnzibati İdarəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, söhbət Amarant, GEOS, Task Force Napoleon və Défense Conseil International adlı özəl hərbi şirkətlərdən gedir. Məlumatda qeyd olunur ki, bu şirkətlərin muzdluları rəsmi olaraq "humanitar və konsultativ missiyalar" adı ilə Ukraynadakı əməliyyat bölgələrinə göndəriləcək. Onların əsas vəzifələri sırasında 2026-cı ildə təhvil verilməsi planlaşdırılan Fransaya məxsus Dassault Mirage 2000 qırıcı təyyarələrinin və Fransada istehsal olunan hava hücumundan müdafiə sistemlərinin texniki xidməti yer alacaq.
Bildirilib ki, bu şirkətlərə könüllülərin cəlbi üçün qəbul məntəqələri Fransanın doqquz şəhərində təşkil edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31