Dodon: Sandu və partiyası Qərbin dəstəyini itirir- ÖZƏL
13:45 DünyaOlaylar.az xəbər verir ki, Keçmiş Moldova prezidenti və ölkənin ən böyük müxalifət partiyası - Sosialistlər Partiyasının lideri İqor Dodon bildirib ki, prezident Maya Sandu və onun rəhbərlik etdiyi Fəaliyyət və Həmrəylik Partiyası (PDS) Qərbin dəstəyini itirməkdədir.
Dodon qeyd edib ki, Beynəlxalq Valyuta Fondunun (BVF) Moldovaya maliyyə dəstəyini dayandırmaq qərarı və Avropa İttifaqına üzvlük danışıqlarının müəyyən olunmuş müddətdə başlamaması Qərbdən Sandu hökumətinə verilən "qırmızı kartdır". O əlavə edib: "Bu, yalnız başlanğıcdır. Sandu və PDS onları hakimiyyətə gətirən tərəflərin dəstəyini sürətlə itirir, lakin vəziyyəti yaxşı göstərməyə çalışır, deyirlər ki, "BVF-dən pul almadan da özümüzü idarə edə bilərik". Gələn il ciddi çağırışlar və dəyişikliklər gözlənilir və bunlar indiki hakimiyyətin mövqeyini gücləndirməyəcək".