“5-ci kanal” “Şoğakat”a efir vaxtı ayırmağa hazırdır – ÖZƏL
12:18 Dünya"5-ci kanal" televiziya şirkəti "Şoğakat" telekanalının mənəvi-mədəni proqramları üçün efir vaxtı ayırmağı təklif edib.
Olaylar.az xəbər verir ki, bu barədə "5-ci kanal"ın icraçı direktoru Arutyun Arutyunyan öz "Facebook" səhifəsində bəyanat yayıb.
Xəbər verdiyimiz kimi, Ermənistan hökumətinin 25 dekabr tarixli qərarı ilə "Mənəvi-mədəni ictimai televiziya şirkəti" QSC ("Şoğakat") ləğv edilib. Qərara əsas olaraq "Audiovizual media haqqında" qanuna 24 oktyabr 2025-ci ildə edilən dəyişiklik göstərilib.
Xatırladaq ki, Ermənistan parlamenti tərəfindən qəbul edilmiş həmin düzəlişlər ictimai yayımçıların sayının ikiyə endirilməsini və təhsil-mədəniyyət təmayüllü kanalın olması tələbinin ləğvini nəzərdə tutur. Bu dəyişikliklərin birbaşa təsisçilərindən biri Erməni Apostol Kilsəsi olan "Şoğakat" telekanalının fəaliyyətinə son qoyulmasına yönəldiyi bildirilirdi.
Qeyd olunan qanun dəyişikliyi 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minəcək.