Türkiyədə Yeni il ərəfəsində terror hücumları planlaşdıran İŞİD üzvü saxlanılıb- ÖZƏL
12:17 DünyaTürkiyə hüquq-mühafizə orqanları Yeni il bayramı günlərində terror hücumu həyata keçirməyi planlaşdıran İŞİD təşkilatının üzvünü saxlayıblar. Olaylar.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Məlumata görə, "İbrahim Burtakuçin" adlı terrorçu Malatya şəhərində polis və xüsusi xidmət orqanlarının birgə əməliyyatı zamanı tutulub. Araşdırmalar nəticəsində müəyyən edilib ki, o, Türkiyədə və xaricdə fəaliyyət göstərən İŞİD tərəfdarları ilə əlaqə saxlayaraq Yeni il günlərində terror aktlarının hazırlanması ilə məşğul olub. Hücumların harada planlaşdırıldığı açıqlanmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31