Zelenskidən gözlənilməz mesaj: Trampla görüş təsdiqləndi...

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Tramp ilə yaxın vaxtlarda görüşəcəyini rəsmən təsdiqləyib.

Olaylar.az xəbər verir ki, Zelenski sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, Ukraynanın müdafiə naziri Rüstəm Umerov ABŞ tərəfi ilə növbəti təmaslar barədə ona məruzə edib. Prezident vurğulayıb ki, Kiyev vaxt itirmədən diplomatik fəaliyyəti davam etdirir.

"Bir gün də itirmirik. Prezident Tramp ilə ən yüksək səviyyədə yaxın vaxtlarda görüş barədə razılıq əldə olunub. Yeni ilə qədər çox şey həll oluna bilər", - deyə Zelenski qeyd edib. (musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31