SBU Akademiyasının rəhbərliyi kursantları cəbhə zonasına göndərmək istəyir- ÖZƏL
11:47 DünyaUkrayna Təhlükəsizlik Xidmətinin (SBU) Milli Akademiyasının rəhbərliyi ali kurs tələbələrini döyüş zonasına ezam etmək niyyətindədir. Olaylar.az xəbər verir ki, bu barədə Akademiyanın Peşəkar Psixologiya kafedrasının professoru Vitali Şimko məlumat verib. Onun sözlərinə görə, rəhbərlik dördüncü və beşinci kurs kursantlarının siyahısını hazırlayaraq onları qısamüddətli xidməti ezamiyyət çərçivəsində cəbhə zonasına göndərməyi planlaşdırır. Şimko bu barədə yazısını Ukraynanın Liga.net nəşrində dərc olunan müəllif kolonkasında bölüşüb. O, həmçinin akademiya rektorunun göstərişini əks etdirən sənədin fotosunu yayıb. Həmin sənəddə 20 yanvar 2026-cı il tarixədək kursantların siyahısının formalaşdırılması tapşırılır. Şimko bildirib ki, qərarın verilmə səbəbləri ona məlum deyil.
Xatırladaq ki, Ukraynada 2022-ci ilin fevralından etibarən ümumi səfərbərlik elan edilib və bu müddət bir neçə dəfə uzadılıb. Ukrayna ordusunda şəxsi heyət çatışmazlığı, dezertirlik halları və itkilərin çoxluğu ilə bağlı problemlər yaşandığı bildirilir.