Paşinyan: Ermənistan–İran strateji tərəfdaşlıq sazişi imzalana bilər – ÖZƏL
26 Dekabr 10:31 DünyaErmənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İranla strateji tərəfdaşlıq haqqında saziş imzalamaq niyyətində olduğunu açıqlayıb.
Olaylar.az xəbər verir ki, jurnalistlərə verdiyi açıqlamada Paşinyan bildirib ki, Ermənistan-İran münasibətləri hazırda çox yüksək səviyyədədir və iki ölkə arasında əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə 2026-cı ildə strateji tərəfdaşlıq sənədinin imzalanması planlaşdırılır.
"İranla münasibətlərimiz çox yüksək səviyyədədir və biz Tehranla strateji tərəfdaşlıq haqqında sənəd imzalamaq istəyirik", - deyə Ermənistanın baş naziri qeyd edib.
Nikol Paşinyan vurğulayıb ki, Tehranla əməkdaşlıq dinamik şəkildə inkişaf edir və yeni saziş iki ölkə arasında ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə töhfə verə bilər.