ABŞ qüvvələri Nigeriyada İŞİD silahlılarına zərbələr endirib - Tramp
10:13 DünyaABŞ Silahlı Qüvvələri Nigeriya ərazisindəki İŞİD terrorçu qruplaşmasının silahlılarına zərbələr endirib.
Olaylar.az-ın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp "X" sosial şəbəkəsində yazıb.
"Bu gecə, Ali Baş Komandan olaraq mənim əmrlərimlə, ABŞ Nigeriyanın şimal-qərbində əsasən günahsız xristianları illərdir, hətta əsrlərdir görünməmiş miqyasda vəhşicəsinə qətlə yetirən İŞİD silahlılarına qarşı güclü və ölümcül zərbə endirib", - deyə ABŞ prezidenti bildirib.
"Mən əvvəllər bu terrorçulara xəbərdarlıq etmişdim ki, əgər xristianları öldürməyi dayandırmasalar, onlar üçün çox baha başa gələcək və bu gecə də belə oldu.", - deyə D.Tramp əlavə edib.
Pentaqon rəhbrəi Pit Heqset "X" sosial şəbəkəsində Nigeriya hakimiyyətinə "dəstək və əməkdaşlığa" görə minnətdarlığını bildirib. İŞİD silahlılarına qarşı əlavə zərbələrin endirilməsi ehtimalına gəldikdə, o, "bunun davam olacaq" qeyd etsə də, təfərrüatlar barədə məlumat verməyib.