ABŞ DHS 27 ukraynalını “ən pislərin ən pisi” xarici məhbuslar siyahısına daxil edib- ÖZƏL
10:01 DünyaABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) müxtəlif cinayətlərə görə saxlanılan və agentliyin "ən pislərin ən pisi" adlandırdığı 27 Ukrayna vətəndaşını onlayn məlumat bazasına əlavə edib.
Olaylar.az xəbər verir ki, departamentin məlumatına görə, bu bazaya son 11 ay ərzində ABŞ Gömrük və Miqrasiya İdarəsi (ICE) tərəfindən saxlanılan və xarici vətəndaşlar arasında ən təhlükəli hesab edilən məhbuslar daxil edilir. ICE miqrasiya qanunlarını pozan şəxslərin axtarışı və deportasiyası ilə məşğul olan qurumdur.
Siyahıya daxil edilən ukraynalılardan bəziləri dələduzluq, quldurluq, silahlı hücum, narkotik dövriyyəsi və seksual xarakterli cinayətlərə görə məhkum olunub. DHS bildirib ki, bu kateqoriyaya daxil edilən Ukrayna vətəndaşlarının sayı postsovet məkanından olan digər ölkə vətəndaşlarından daha çoxdur.
Məlumata əsasən, siyahıda yer alan şəxslərin böyük əksəriyyətini Latın Amerikasından olan miqrantlar təşkil edir. Məsələn, bu bazada minlərlə Meksika vətəndaşı qeydiyyata alınıb.