Tramp Epşteyn işi ilə bağlı Demokratları “son Milad”la hədələyib- ÖZƏL
09:21 DünyaABŞ Prezidenti Donald Tramp Ceffri Epşteynin işi ilə bağlı sənədlərin açıqlanması fonunda Demokrat Partiyasının üzvlərinə sərt mesaj göndərib. Olaylar.az xəbər verir ki, o, Truth Social hesabında yazdığı paylaşımda demokratların bu Milad bayramının "sonuncu Miladları ola biləcəyini" qeyd edib.
Tramp bildirib ki, Epşteyn işi yenidən gündəmə gətirildikdən sonra bir çox şəxslər - əsasən də "günahsız olan yaxınları" - ciddi şəkildə zərər görəcək və reputasiya itkiləri yaşayacaqlar:
"İndi bu uğursuzlar yenidən işə girişiblər. Amma bu dəfə onların bir çox dostları, əsasən də günahsız olanlar, ciddi zərər görəcək və reputasiya itkisi ilə üzləşəcək. Təəssüf ki, Demokratların korrupsiyalaşmış siyasət dünyası belədir. Zövq alın - ola bilsin ki, bu, sizin son Miladınız olsun", - Tramp yazıb.
O, həmçinin qeyd edib ki, sənədlər açıqlanandan sonra Demokrat Partiyasının nümayəndələri "çox şey izah etməli olacaqlar" və Trampın Epşteynin cinayətlərində iştirakı ilə bağlı iddiaların "yalan olduğu üzə çıxacaq".