Yaponiya sahillərində 5,6 bal gücündə zəlzələ olub

Yaponiyanın Hokkaydo sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.

Məlumata əsasən, zəlzələnin episentri Hatinohe şəhərindən (Aomori prefekturasının şimalı) 111 km şimal-şərqdə olub. Yeraltı təkanların ocağı 62 km dərinlikdə yerləşib.

Xəsarər alan və ya dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31