İsraildə xristian monastrından 1400 illik qızıl sikkələr aşkarlanıb

İsraildə Qüds yaxınlığında yerləşən xristian monastrından 1400 ilə yaxın tarixi olan qızıl sikkələr aşkarlanıb.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin Ərazilərdə Hökumət İşləri üzrə Əlaqələndiricisinin (COGAT) ofisi məlumat yayıb.

Məlumata görə, eramızın IV - VII-ci əsrlərinə, Bizans dövrüna aid 2 qızıl sikkə və üzük İuda səhrasında, Qüsdən təxminən 17 kilometr cənub-şərqdə, indiki İordan çayının qərb sahilində yerləşən Hirkania arxeoloji ərazisində tapılıb.

Sikkələrin bir üzündə xaç təsviri, digər üzündə isə 610-641-ci illərdə hökmranlıq etmiş Bizans imperatoru Herakliyin portreti yer alır.

Tapıntı barədə məlumat dünən, Milad ərəfəsində açıqlanıb, lakin artefaktların ilk dəfə nə vaxt aşkar edildiyi bildirilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31