İŞİD İstanbulda terrora hazırlaşırdı - 115 nəfər saxlanıldı
17:42 Dünyaİstanbulda İŞİD-ə qarşı keçirilən genişmiqyaslı əməliyyat zamanı 115 nəfər saxlanılıb.
Saxlanılanlar terror təşkilatının Milad və Yeni il ərəfəsində Türkiyədə, əsasən qeyri-müsəlmanlara qarşı hücum planlaşdıran üzvləri olublar.
Ümumilikdə 137 şübhəliyə qarşı eyni vaxtda əməliyyat aparılıb. Saxlanılan şəxslərdən silah, sursat və təşkilata aid sənədlər aşkarlanaraq götürülüb. Qaçan şübhəlilərin tutulması istiqamətində tədbirlər davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31