Hərbi ekspertlər ölkə ərazisinə düşmüş dronları araşdırır - Türkiyə MN

Türkiyəli hərbi mütəxəssislər ölkənin qərbində yerə düşmüş pilotsuz uçuş aparatlarını (PUA) araşdırırlar.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, PUA-lar 19 və 20 dekabr tarixlərində Türkiyənin Kocaeli və Balıkəsir vilayətlərində aşkar edilib. Bundan əlavə, 15 dekabrda F-16 qırıcısı Qara dəniz üzərində Türkiyənin hava məkanında bir pilotsuz uçuş aparatını vurub. Həmin PUA-nın qalıqları hələlik tapılmayıb.

"Balıkəsir və Kocaelidə aşkar edilən PUA-ları mütəxəssislər araşdırır", - Müdafiə Nazirliyinin nümayəndəsi Zeki Aktürk bildirib.

O qeyd edib ki, alçaq yüksəkliklərdə uçan kiçik pilotsuz uçuş aparatları yeni nəsil təhlükə hesab olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31