Moskvada biznes mərkəzi yanır

Moskvanın cənubunda yerləşən "Varşava Plaza" biznes mərkəzi yanır.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, yanğına yüksək mürəkkəblik səviyyəsi təyin edilib:

"Yanğın təxminən 300 kvadrat metr sahəni əhatə edir, onun mənbəyi hələ aşkar edilməyib və yanğın üç mərtəbəyə yayılıb. Biznes mərkəzindən altmış nəfər təxliyə edilib".

İlkin məlumatlara görə, yanğın "Varşava Plaza" biznes mərkəzinin dördüncü mərtəbəsində təmir işlərinin aparıldığı otaqda baş verib. (axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31