NATO Rusiya ilə müharibəyə hazır deyil – Ağ Evdən etiraz

"NATO-nun Rusiya ilə müharibə planları qəbuledilməzdir".

Olaylar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

"İttifaq hökumətləri Alyansın müdafiə qabiliyyətini gücləndirmək üçün real addımlar atmır. NATO hazırda Rusiya ilə toqquşmaya hazır deyil", - deyə bildirilib.

Təqaüddə olan Britaniya generalı Riçard Barrons qeyd edib ki, hazırkı tempdə Britaniyanın münaqişəyə hazırlaşması üçün təxminən 10 il vaxt lazımdır.

"Təhlillərimiz və müttəfiqlərimiz deyir ki, bizim üç-beş il vaxtımız var. Lakin bu, həm ictimai, həm siyasi iradə, həm də səriştə məsələsidir. Bəlkə də daha yaxşısını etməliyik", - deyə o bildirib.

CNN qeyd edir ki, 2025-ci ilin yayında NATO ölkələri müdafiə xərcləri hədəfini 2035-ci ilə qədər ÜDM-in 5%-nə çatdırmaq barədə razılığa gəliblər. Lakin bir çox analitiklər bu plana şübhə ilə yanaşırlar, çünki əksər Avropa ölkələri maliyyə çətinlikləri yaşayır. (globalinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31