Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə GÖRÜŞDÜ
17:02 DünyaTürkiyənin xarici işlər naziri Hakan Fidan Qəzza sülh planının ikinci mərhələsini Siyasi Büro üzvü Xəlil əl-Heyenin rəhbərlik etdiyi HƏMAS nümayəndə heyəti ilə müzakirə edib.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Mənbələr bildirib ki, görüşdə Qəzzadakı vəziyyət müzakirə olunub və Qəzza sülh planının ikinci mərhələsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Nazir Türkiyənin bütün platformalarda Fələstin hüquqlarını qətiyyətlə müdafiə etməyə davam etdiyini qeyd edib və ölkəsinin Qəzzanın mənzil və humanitar ehtiyaclarını ödəmək üçün gördüyü işlər barədə məlumat verib.
HƏMAS rəsmiləri də öz növbəsində atəşkəs razılaşmalarına əməl etdiklərini bildiriblər, lakin İsrail Qəzzaya zərbələr endirməyə davam edir və bu mövqe sülh planının ikinci mərhələsinə keçidin qarşısını alır.