Zelenski ABŞ-də aparılan danışıqların təfərrüatlarını açıqlayıb
14:04 DünyaUkrayna Prezidenti Volodimir Zelenski ABŞ-də aparılan danışıqlar zamanı müzakirə olunan Ukraynada münaqişənin nizamlanması planının bütün bəndlərini açıqlayıb.
Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Ukrayna liderinin sözlərinə görə, plan ümumilikdə 20 bənddən ibarətdir. Onların sırasında NATO-nun kollektiv müdafiə prinsipini təsbit edən beşinci maddəsinə bənzər şəkildə Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi; Moskva və Kiyev arasında hücum etməmə barədə razılaşma; sülh dövründə Ukrayna Silahlı Qüvvələrinin (USQ) sayının 800 min nəfərə çatdırılması; "hamı hamıya" formatında əsir mübadiləsi; Ukraynada seçkilərin keçirilməsi yer alır.
"Ukrayna müəyyən vaxtda Avropa İttifaqının (Aİ) üzvü olacaq... Bərpa məsələlərinin həlli üçün bir neçə fond yaradılacaq, məqsəd 800 milyard dolların cəlb edilməsidir. Ukrayna ABŞ ilə azad ticarət sazişinin bağlanması prosesini sürətləndirəcək və Ukraynanın nüvəsiz statusu təmin olunacaq", - deyə Zelenski bildirib.