Tramp mənfi münasibət göstərən TV kanallarının lisenziyalarının ləğvini təklif etdi- ÖZƏL
24 Dekabr 10:33 DünyaABŞ Prezidenti Donald Tramp bir sıra Amerikan televiziyalarını kəskin tənqid edib. O, bu kanalların xəbər və əyləncə proqramlarının demək olar ki, tamamilə onun və Respublikaçı Partiyasının əleyhinə olduğunu bildirib. Olaylar.az xəbər verir ki, Tramp sosial şəbəkə platforması Truth Social-da yazıb:
"Əgər televiziyaların xəbər buraxılışları və axşam şouları demək olar ki, 100% mənfi münasibət göstərirsə prezident Donald Tramp, "MAGA" hərəkatı və Respublikaçı Partiyaya qarşı, onların son dərəcə qiymətli yayımlama lisenziyaları ləğv edilməməlidirmi? Mən deyərdim - bəli!"
O, həmçinin CBS, ABC və NBC kanallarının axşam əyləncə proqramlarının aparıcılarını da tənqid edib və onları "istəksiz, yüksək maaşlı və çox aşağı reytinqlərə malik" adlandırıb.