İran hərbi gəmisi BRICS təlimləri üçün Cənubi Afrikaya yola düşüb – ÖZƏL

İran Hərbi Dəniz Qüvvələri BRICS ölkələrinin birgə dəniz təlimlərində iştirak etmək məqsədilə bölgəyə hərbi gəmi göndərib.

Olaylar.az xəbər verir ki, İran Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Şahram İrani bu gün verdiyi bəyanatda bildirib ki, İranın 103-cü hərbi dəniz donanması BRICS qüvvələri ilə birgə manevrlərdə iştirak etmək üçün Cənubi Afrika istiqamətində hərəkətə başlayıb. Bu təlimlərin əsas məqsədi üzv ölkələrin hərbi dəniz qüvvələri arasında hərbi əməkdaşlığı gücləndirməkdir.

Qeyd edək ki, BRICS ölkələri Qərb ölkələrinin maliyyə dominantlığına qarşı Şərq ölkələrinin yaratdığı güclü bir iqtisadi ittifaq kimi fərqlənir. Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən BRIC adı ilə yaradılıb. Cənubi Afrikanın qoşulması ilə ittifaq BRICS adını alıb.

Son dövrlərdə İran, Misir, Efiopiya və Birləşmiş Ərəb Əmirliklərinin (BAƏ) üzvlük müraciətləri qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31