NATO-dan Moskvanı hiddətləndirəcək addım – Gələn il…

NATO 2026-cı ilin yanvar ayında Rumıniyada Ukraynaüçün ikinci ən böyük hərbi texnika koordinasiya və tranzit mərkəzini açmağı planlaşdırır.

Olaylar.az xəbər verir ki, bu barədə "defenseromania.ro" saytı  Ukraynaya Təhlükəsizlik Yardımı və Təlim Missiyasının (NSATU) komandir müavini Mayk Kellerə istinadən məlumat yayıb.

Bildirilib ki, yeni logistika mərkəzi birbaşa NATO komandanlığı altında olacaq və ehtiyat təchizat axınını təmin etmək üçün nəzərdə tutulub:

"Məqsəd Polşanın Rzeszov şəhərindəki mövcud mərkəzə təzyiqi azaltmaq və NATO-nun şərq cinahının dayanıqlığını gücləndirməkdir. Mərkəz artilleriya, havahücumundan müdafiə sistemləri və elektron müharibə avadanlıqları üçün sorğuların emalı üzrə ixtisaslaşacaq". (Globalinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31