Macarıstan: Aİ-nin Kiyevə kredit verməsi münaqişənin davamını maliyyələşdirir- ÖZƏL

Macarıstan Avropa İttifaqının Ukraynaya maliyyə dəstəyi planını tənqid edib. Ölkənin baş nazirinin siyasi müşaviri Balaj Orban bildirib ki, Aİ-nin Kiyevə 90 milyard avro həcmində faizsiz kredit ayırması münaqişənin uzadılması və davam etdirilməsinin maliyyələşdirilməsi anlamına gəlir.
Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, bu cür maliyyə mexanizmləri sülhə töhfə vermir, əksinə, hərbi qarşıdurmanın daha da dərinləşməsinə xidmət edir. Orban vurğulayıb ki, Avropa resursları müharibənin davamına deyil, diplomatik həll yollarının tapılmasına yönəldilməlidir.
Macarıstan tərəfi Aİ daxilində bu məsələ ilə bağlı ciddi müzakirələrə ehtiyac olduğunu da qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31