Vitkoff Rusiya ilə danışıqlardan da razıdır

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff  Ukrayna nizamlanması ilə bağlı Mayamidə Rusiya nümayəndə heyəti ilə aparılan danışıqları məhsuldar və konstruktiv adlandırıb.

Olaylar.az xəbər verir ki, o, fikrini X hesabında paylaşıb: "Son iki gün ərzində Floridada Rusiyanın xüsusi nümayəndəsi Kirill Dmitriyev Prezident Trampın Ukraynaya dair sülh planını irəli aparmaq üçün Amerika nümayəndə heyəti ilə məhsuldar və konstruktiv görüşlər keçirib".

Trampın xüsusi nümayəndəsi qeyd edib ki, Amerika tərəfini həmçinin Amerika liderinin kürəkəni, sahibkar Cared Kuşner və Ağ Ev rəsmisi Coş Qruenbaum təmsil edir.

Vitkovun sözlərinə görə, "Rusiya Ukraynada sülhə nail olmağa tam sadiqdir": "Rusiya ABŞ-ın Ukrayna münaqişəsinin həllində və qlobal təhlükəsizliyin bərpasında səylərini və dəstəyini yüksək qiymətləndirir". (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31