Aİ Rusiyanın dondurulmuş vəsaitlərinin qalığından Ukrayna üçün kreditdə istifadə edə bilər – ÖZƏL

Avropa İttifaqı Rusiyaya məxsus dondurulmuş aktivlərdən qalan nağd vəsaitlərin Ukraynaya verilən kreditin maliyyələşdirilməsində istifadə olunması hüququnu özündə saxlayır. 

Olaylar.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib.

Onun sözlərinə görə, Aİ-də dondurulmuş Rusiya aktivlərindən qalan nağd vəsaitlərin kreditin maliyyələşdirilməsinə yönəldilməsi tərəflər arasında razılaşdırılmış qərardır. "Biz bu həlli birlikdə tapdıq", - deyə fon der Leyen vurğulayıb.

Avropa Komissiyasının prezidenti əlavə edib ki, Ukraynanın 2027-ci ildən sonrakı maliyyələşdirilməsi Aİ-nin növbəti uzunmüddətli büdcə müzakirələrinin tərkib hissəsi olacaq.

Qeyd edək ki, dekabrın 19-da Avropa İttifaqı Ukraynaya 90 milyard avro həcmində yardım göstərilməsi barədə qərar qəbul edib. Bu yardım faizsiz kredit formasında təqdim olunacaq.
Ukrayna krediti yalnız Rusiya Federasiyası reparasiya ödədikdən sonra geri qaytarmalı olacaq.

Avropa Şurasının mətbuat açıqlamasında bildirilir ki, Macarıstan, Çexiya və Slovakiya Ukrayna üçün nəzərdə tutulan kreditin maliyyələşdirilməsində iştirakdan imtina edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31