Maduro ABŞ xalqını Venesuelanın “demokratik quruluşunu” müdafiə etməyə çağırıb

Venesuela prezidenti Nikolas Maduro ABŞ xalqını Cənubi Amerikadakı müharibəyə və Venesuelada rejim dəyişikliyi planlarına qarşı çıxmağa çağırıb.

Olaylar.az xəbər verir ki, o, çağırışını Venezolana de Televisión televiziya kanalında səsləndirib:  "Amerika Birləşmiş Ştatları xalqı güclü səslərini qaldırmalı və hərbi planlara "yox", Cənubi Amerikada müharibəyə "yox", Venesuelada rejim dəyişikliyinə "yox", neft uğrunda qan tökülməsinə "yox" deməlidir".

Maduro iddia edib ki, ABŞ administrasiyası Venesuelanın demokratik respublika rejimini müstəmləkə rejimi ilə əvəz etməyi planlaşdırır. O, vurğulayıb ki, "bu, baş verməyəcək, çünki bu gün müstəmləkəçilik dövrü deyil". O, "dövlətlərin və xalqların suverenliyinə hörmət" tələb edib. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31