Keçmiş pilot ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub
19 Dekabr 2025 10:00 DünyaABŞ-nin Şimali Karolina ştatının Steytsvill regional hava limanında eniş etməyə cəhd göstərən "Cessna C550" tipli biznes təyyarəsinin qəzaya uğraması nəticəsində keçmiş NASCAR (avtomobil yarışı) pilotu Qreq Biff ölüb.
"Report" xəbər verir ki, bu barədə dairə şerifi Darren Kempbell bildirib.
Hadisə nəticəsində yeddi nəfər həyatını itirib.
Ölənlərin Biffl, həyat yoldaşı Kristina, oğlu Rayder və qızı Emma olduğu təsdiqlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31