Hindistanda dəhşət: Fillər kəndlərə hücum etdi, ölənlər var

Hindistanda vəhşi fillərin ardıcıl hücumları yerli sakinlər arasında panikaya səbəb olub.

Olaylar.az xəbər verir ki, bu barədə "The New Indian Express" qəzeti məlumat yayıb.

Məlumata görə, Ramgarh bölgəsində ilk hücum 16 dekabr tarixində, yerli vaxtla axşam saatlarında baş verib. Hadisə şahidlərinin bildirdiyinə görə, kənd sakinləri yol kənarında dincələn fil sürüsünə yaxınlaşaraq onlarla fotoşəkil çəkdirmək istəyiblər.

Bu zaman fillərdən biri ona həddindən artıq yaxınlaşan 33 yaşlı şəxsi əzib. Həmin şəxs hadisə yerində həyatını itirib.

Gecə saatlarında eyni fil sürüsünün başqa bir kəndə daxil olması isə əhali arasında ciddi təşviş yaradıb. Fillərin çıxardığı yüksək səslərdən qorxan sakinlər evlərini tərk ediblər. Yaranan qarışıqlıq zamanı 40 və 45 yaşlarında iki qadın fillər tərəfindən əzilərək ölüb.

Bundan başqa, fillərin hücumuna məruz qalan 35 yaşlı motosiklet sürücüsü də həyatını itirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31