"Putin və Ərdoğan həmin məsələni müzakirə etməyib" - Peskov
16:37 DünyaPutin və Ərdoğan Aşqabadda S-400 məsələsini müzakirə etməyiblər.
Olaylar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd edək ki, Bloomberg Türkiyənin ABŞ-nin təzyiqi ilə S-400 zenit raket kompleksini Rusiyaya qaytarmaq istədiyini və bu məsələnin Rəcəb Tayyip Ərdoğan tərəfindən Aşqabadda Putinlə görüşdə müzakirə olunduğu haqqında məlumat yayıb.
Onun sözlərinə görə, Türkiyənin S-400 raket sistemlərini mümkün qaytarması ilə bağlı vəziyyət Rusiya-Türkiyə münasibətlərinə zərər verməyəcək. (milli.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31