Rusiya aktivləri ilə bağlı qərar qəbul olunana qədər heç kim sammiti tərk etməyəcək – Lyayen

Ukraynaya reparasiya krediti kimi ayrılması məqsədilə Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi ilə bağlı məsələ Avropa İttifaqı sammitinin gündəmində qalmaqdadır.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, belə bir bəyanatla Avropa Komissiyasının rəhbəri Ursulan fon der Lyayen çıxış edib.

Lyayen vurğulayıb ki, ukraynalı tərəfin maliyyələşdirilməsi məsələsi həll olunana qədər heç kim sammiti tərk etməyəcək.

Bundan əvvəl "Reuters" agentliyi Aİ institutlarındakı mənbələrə istinadla xəbər vermişdi ki, Aİ rəhbərliyi Rusiya aktivlərinin "reparasiya krediti" sxemi adı altında müsadirə olunması planının uğursuzluğunu həm Aİ, həm də Ukrayna üçün fəlakət kimi qiymətləndirəcək.

Ukraynaya 2026-2027-ci illər üçün vəsait ayrılması barədə qərar bugün və sabah keçiriləcək Aİ sammitində qəbul olunacaq. Avropa Komissiyasının sənədində növbəti iki il ərzində Ukraynanın maliyyələşdirilməsi üçün iki yol göstərilib: dondurulmuş Rusiya aktivləri hesabına "reparasiya krediti" verilməsi və kreditin ayrılması. (trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31