Şeyma Subaşı axtarışa verildi

Türkiyədə səhər saatlarında İstanbul Respublika Baş Prokurorluğu tərəfindən başladılan istintaq çərçivəsində bir sıra tanınmış şəxslər saxlanıldıb və saxlanılan şəxslər ifadə vermək üçün polisə aparılıb.

Musavat.com xəbər verir ki, narkotik əməliyyatları çərçivəsində istintaqa cəlb olunacaqlar arasında türkiyəli iş adamı Acun Ilıcalının eks-xanımı, sosial media fenomeni Şeyma Subaşı da yer alıb.

İddialara əsasən, bu adlar arasında Şeyma Subaşı ilə yanaşı  Mert Vidinli və Şevval Şahin də var. Evində tapılmadığı deyilən digər şəxslərin isə Yusuf Güney, Cihan Şensözlü və Melisa Döngel olduğu bildirilir. 

Əməliyyatla bağlı təfərrüatlar hələlik açıqlanmayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31