ABŞ-də 372 min ev və obyekt işıqsız qalıb

ABŞ-nin qərb və mərkəzi ştatlarında dekabrın əvvəlində baş vermiş qasırğa və leysan yağışları nəticəsində 372 mindən çox yaşayış və kommersiya obyekti elektrik təchizatından məhrum olub və bu vəziyyət hələ də davam edir

Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

"PowerOutage" monitorinq resursunun məlumatına görə, qasırğa ən çox Kolorado ştatının mərkəzi hissəsinə zərər vurub.

Nəticədə 137 mindən çox istehlakçı işıqsız qalıb. Siyahıda növbəti yerlərdə qərb sahilində yerləşən Vaşinqton və Oreqon ştatları qərarlaşıb, müvafiq olaraq təxminən 85,9 min və 45,2 min istehlakçı işıqsız qalıb. Kütləvi elektrik kəsintiləri həmçinin Montana (43 min obyekt) və Aydaho (36,5 min obyekt) ştatlarında müşahidə olunur. (trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31