Türkiyəni sarsıdan əməliyyat: elə biri həbs ediləcək ki… – Siyahı genişlənir

Türkiyədə keçirilən narkotik əməliyyatı dünya mediasının da diqqət mərkəzindədir.

Olaylar.az xəbər verir ki, türkiyəli jurnalist Şamil Tayyar siyahının genişlənəcəyini deyib.

O, "Habertürk" televiziyasının baş redaktoru, aparıcı Mehmet Akif Ersoydan da önəmli bir adın həbs olunacağını iddia edib.

Jurnalist Cem Küçük isə Tayyarın qeyd etdiyi şəxsin bu gün və ya sabah həbs olunacağını söyləyib.

"Məhkəmə mənbələrindən aldığım məlumata görə, Şamil Tayyarın adını çəkdiyi, hər kəsin maraqlandığı şəxs bu gün və ya sabah həbs olunacaq. Onlar həmçinin daha 2-3 tanınmış şəxsi hədəfə alacaqlar, ümumilikdə siyahıda 100-ə yaxın ad var".

Qeyd edək ki, aparılan əməliyyat çərçivəsində şou-biznes və media nümayəndələrinin də adının hallandığı istintaq genişləndirilib.

Dekabrın 18-də Aleyna Tilki, Danla Bilic, İrem Sak və Mümine Sena Yıldız nəzarətə götürülüb. Barəsində saxlanılma qərarı çıxarılan Melisa Döngel, Yusuf Güney və Cihan Şensözlünü ünvanlarında tapmaq mümkün olmayıb. Həmçinin Şevval Şahin, Mert Vidinli və Şeyma Subaşı xaricdə olduqları üçün saxlanıla bilinməyib. (globalinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31