ABŞ-dan xəbərdarlıq: “Rusiya aktivlərini alsanız, geri qaytarmalı olacaqsınız”

Olaylar.az  Musavat.com- istinadən  axəbər verir ki, The Times nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, Donald Tramp administrasiyası qapalı kanallarla Avropa İttifaqı və Böyük Britaniyanı xəbərdar edib ki, dondurulmuş Rusiya aktivləri müsadirə olunarsa, həmin vəsait sonradan geri qaytarılmalı olacaq.

Nəşrin mənbəsinin sözlərinə görə, "Avropalılar bu pulları qaytarmalı olacaqlar" və Rusiya aktivləri məsələsi Trampın irəli sürdüyü sözdə sülh planının əsas bəndlərindən biri hesab olunur.

Məlumata görə, Vaşinqtonda ehtiyat edirlər ki, Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi müharibənin daha da uzanmasına səbəb ola və Qərbin Moskva üzərində təsir rıçaqlarını zəiflədə bilər. ABŞ tərəfi hesab edir ki, bu aktivlər gələcək danışıqlarda mühüm təzyiq aləti kimi saxlanılmalıdır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31