Türkiyədə silahlı insident zamanı bir futbolçu və daha iki nəfər yaralanıb
08:09 DünyaTürkiyənin Kocaeli şəhərində baş verən silahlı insident zamanı üç nəfər xəsarət alıb.
Bu barədə "Report" yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, iki qrup şəxs arasında yaranan mübahisə silahlı insidentlə nəticələnib. Nəticədə "Sultanbeyli Belediye Spor" futbol komandasının oyunçusu Uğurcan Bekçi və daha iki nəfər güllə xəsarətləri alıblar.
Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Yaralılar təcili yardım maşınıyla xəstəxanaya aparılıblar. U.Bekçinin ayağından yaralandığı və əməliyyat olunduğu bildirilir. Qeyd edək ki, 27 yaşlı futbolçu daha əvvəl bir neçə komandada çıxış edib.
Polis hadisəni törətməkdə şübhəli bilinən şəxslərin axtarışına başlayıb. Münaqişəyə nəyin səbəb olduğu məlum deyil. Zərərçəkənlərin hansı markalı odlu silahdan açılan atəşlə xəsarət aldıqları açıqlanmır.
Araşdırma aparılır.