Bloger evdə doğuş etdi, körpə öldü – cinayət işi açıldı
07:05 DünyaMusavat.com xəbər verir ki, Moskva şəhərində ev şəraitində baş verən doğuşdan sonra körpənin ölümü ilə bağlı İstintaq Komitəsi cinayət işi açıb.
Məlumata görə, dekabrın 13-ü axşam saatlarında gənc qadının yanına özünü doğuş qəbul etməyi bacaran şəxs kimi təqdim edən bir qadın gəlib. Sonradan məlum olub ki, həmin şəxsin tibbi təhsili olmayıb.
Uşaq dekabrın 14-də dünyaya gəlib, lakin bir müddət sonra həyatını itirib. Hüquq-mühafizə orqanları bildiriblər ki, vəfat edən körpənin anası bloger Aişa Çiqqadır.
Hadisənin bütün detalları araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31