Bloomberg: Tramp hələ Rusiyaya qarşı yeni sanksiyalar barədə qərar verməyib - ÖZƏL

ABŞ prezidenti Donald Tramp hələ ki, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı qərar verməyib.

Olaylar xəbər verir ki, bu barədə "Bloomberg"-ə istinadən məlumat yayıb.

Bəyanatda deyilir: "Hazırda prezident sanksiyalarla bağlı heç bir yeni qərar qəbul etməyib".

Agentlik daha əvvəl mənbələrə istinadən ABŞ-ın Ukrayna ilə bağlı sülh planının uğursuzluğa düçar olacağı təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi düşündüyünü bildirmişdi.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, istənilən sanksiya münasibətlərin normallaşmasına zərər verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31