Gümrü mer müavini:Əgər həbs olunsam, Gümrü dağılacaq- ÖZƏL
18:14 DünyaOlaylar.az xəbər verir ki, Gümrü merinin müavini Avetis Arakelyan dekabrın 17-də jurnalistlərlə söhbətində bildirib ki, ona tətbiq olunan "yoxsuzluq qadağası" tədbirinin dəyişdirilərək həbsinə qərar verilə bilər.
"Gümrüdə idarəçilik böhranı yoxdur, amma əgər hakimiyyət belə bir addım atsa, bu birbaşa idarəçilik böhranına səbəb olacaq və Gümrü çöküş yaşayacaq", - deyə Arakelyan qeyd edib. O həmçinin dekabrın 7-də Gümrüdəki "Yot Verk" kilsəsində xaricdən gələn din xadimləri tərəfindən keçirilən liturgiyaya toxunaraq bildirib: "Mən Şirak eparxiyasının din xadimləri ilə tam razıyam və Ermənistan Apostol Kilsəsinin ardıcılı olaraq Katolikosla həmişə razıyam".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31