10 ildən sonra ilk dəfə olur – Vuçiçdən kəskin qərar
17:03 Dünya"Serbiya on ildən sonra ilk dəfə Avropa İttifaqı (Aİ) - Qərbi Balkan sammitində iştirak etməyəcək".
Olaylar.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
"13 və ya 14 ildən sonra ilk dəfə olaraq nə mən, nə də bizim tərəfimizdən heç kim bu hökumətlərarası konfransda iştirak etməyəcək. Serbiyanı heç kim təmsil etməyəcək", - deyə o bildirib.
Vuçiç bunun şəxsi qərarı olduğunu bildirib:
"Heç kimi buna görə günahlandırmaq lazım deyil. Mən qərarımla Serbiyanı və onun maraqlarını müdafiə edirəm. Amma mən dövlət başçısı olduğum müddətdə ölkəmiz Avropa inteqrasiyası yolunda qalacaq". (Globalinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31