Peskovdan SON DƏQİQƏ: “Avropa qoşunlarının Ukraynada yerləşdirilməsi...”
16:48 DünyaQərbin Ukraynada sülh razılaşmasına nəzarət məqsədilə Avropa hərbçilərinin yerləşdirilməsi planları danışıqlar predmeti ola bilər.
Olaylar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Ukrayna ərazisində xarici hərbi kontingentlərlə bağlı mövqeyimiz hamıya yaxşı məlumdur. Bu mövqe həm prezident, həm də digər səviyyələrdə dəfələrlə ifadə olunub. O, ardıcıldır və aydındır", - deyə Peskov qeyd edib.
Bununla belə, o əlavə edib ki, "yenə də bu, müzakirə mövzusudur".
Avropa qoşunları ABŞ və Ukrayna rəsmilərinin bu həftənin əvvəlində Berlində apardıqları danışıqlarda müzakirə olunan təhlükəsizlik zəmanətlərinin bir hissəsi kimi nəzərdə tutulur. Məlumata görə, Avropa ölkələrinin əsgərləri Ukraynanın qərbində, ehtimal olunan demilitarizasiya zonasından uzaqda yerləşdiriləcək, lakin Rusiyanın mümkün gələcək aqressiyasını çəkindirmə vasitəsi rolunu oynayacaq. (Musavat.com)